Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb16 Yanvar 2021, 14:30 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı "qırmızı zona" siyahısından çıxarıb.
SalamNews-un məlumatına görə, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunur ki, "qırmızı zona"dakı ölkələrin siyahısı 66-dək azaldılıb.
Təhlükəli hesab olunan ölkələr sırasından Azərbaycanla yanaşı, Türkiyə, Moldova, İran, Norveç, Bolqarıstan və digər ölkələr də çıxarılıb.
|