İran ABŞ bazasına hücumün yeni görüntülərini yayımlayıb (VİDEO)
16 Yanvar 2021, 10:45 (GMT +4)
Bakı, 16 yanvar, SalamNews, B,Samıd. İran ABŞ-ın İraqdakı mərkəzi bazasına hücumu idarə edən əməliyyat otağının görüntülərini yayımlayıb.
SalamNews xəbər verir ki, İranın İslam İnqilabının Keşikçilər Ordusu ABŞ bazasına hücuma aid bəzi görüntüləri yayımalyıb.
Ötən ilin yanvar ayında ABŞ-ın İraqın əl-Ənbar əyalətində yerləşən Eynul-Əsəd bazasına raket hücumunu idarə edən əməliyyat otağının görüntülərində Sepah-ın Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə yer alıb.
O bu videoda “vur” əmrini verir və sonra raketlərın atılışı arasında müəyyən fasilələrin verilməsini istəyir. O deyir:
“Biz bunu edirik ki, onlar uzaqlaşa bilsinlər, biz onlar kimi cinayətkar deyilik. Lakin onlar ağanı (Qasim Süleymani) vuranda iki raketin arasında bir-iki saniyə fasilə olmuşdu.”
Qeyd edək ki, bu hücumda ABŞ-ın 80 civarında əsgəri xəsarət almış, müalicə üçün Küveyt və Almaniyaya aparılmışdı.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.