Tramp İsraillə münasibətləri rəsmiləşdirdiyinə görə Mərakeş kralına orden verib16 Yanvar 2021, 11:42 (GMT +4) Bakı, 16 yanvar, SalamNews, B,Samıd. ABŞ prezidenti Donald Tramp Mərakeş kralını ordenlə təltif edib.
SalamNews RT-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Mərakeş Kralı VI Məhəmmədi birinci dərəcəli “Ləyaqət” ordeni ilə təltif etib.
Donald Tramp bildirib ki, “Mərakeş kralı Orta Şərqdə və Şimali Afrikada müsbət bir atmosfer yaradıb."
Qeyd edək ki, Mərakeş İsraillə əlaqələrini normallaşdırıb.
Bunun qarşılığında ABŞ Mərakeşin Qərbi-Sahara üzərində suverenliyini tanıyıb.
|