65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlanıb16 Yanvar 2021, 15:00 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Fevralın 1-dən 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq.
SalamNews xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
|