ÜST beynəlxalq səyahət üçün peyvənd tələb edilməməsini tövsiyə edir16 Yanvar 2021, 11:54 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komitəsi beynəlxalq səyahətçilər üçün koronavirusdan peyvəndlənməni sübut etməyə tələb qoyulmasını hələ tövsiyə etmir.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, tövsiyələrdə qeyd edilir ki, peyvəndlərin virusun ötürülməsinin azaldılmasına təsiri hələ bilinmir.
Komitə bildirir ki, əgər bir insan peyvənd vurdurmasını təsdiqləsə belə beynəlxalq səyahətlərdə epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etməlidir.
|