Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

YAP-ın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

16 Yanvar 2021, 12:52 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. YAP İcra Katibliyində təşkil olunan qanvermə aksiyasında təxminən 300 nəfər iştirakı edib.

YAP-ın Mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev SalamNews-a bildirib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı ölkə əhalisinə müraciət edərək, respublikada qan ehtiyatlarının kifayət qədər azalması ilə bağlı məlumat yayıb. Verilən xəbərə görə, xüsusilə “mənfi” rezuslu qan ehtiyatı ilə bağlı vəziyyət qənaətbəxş deyildir.

Pandemiya şəraitində koronavirus xəstəliyindən əziyyət çəkən bir çox insanlarda da qana tələbatın yaranması ehtiyat fondunun azalmasında mühüm rol oynamışdır. Məhz bu səbəbdən Mərkəzi Qan Bankı ölkə vətəndaşlarına müracətində qan ehtiyatlarının artırılmasına dəstək verilməsini xahiş etmişdir.

Hüseyn Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Qan Bankının müraciətinə dərhal reaksiya verərək bugünkü qanvermə aksiyasının keçirilməsi haqqında qərar qəbul edib. YAP Mətbuat Xidmətinin rəhbəri qeyd edib ki, partiyanın fəalları, sıravi üzvləri, könüllüləri, o cümlədən Milli Məclisdə təmsil olunan deputatları bu təşəbbüsə dəstək verərək aksiyada iştirak ediblər.

“Vətən müharibəsinin qələbə ilə başa çatmasında canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Torpaq uğrunda, Vətən uğrunda qanlarını axıtmış vətəndaşlarımızın müalicəsinə dəstək verilməsi də hər şeydən öncə hər birimizin vətəndaşlıq borcudur.”,-deyə YAP Mətbuat Xidmətinin rəhbəri söyləyib.

Hüseyn Paşayev onu da diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası əvvəllər də qanvermə aksiyaları təşkil edib. Bir müddət əvvəl YAP Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyasını təşkil etmişdi. Hazırki qanvermə aksiyası da bu humanist missiyanın davamı kimi qiymətləndirilməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Mart 2021, 10:02 (GMT +4)
İran səfiri Türkiyə XİN-ə çağırılıb

01 Mart 2021, 09:59 (GMT +4)
İran Türkiyənin Tehrandakı səfirini XİN-ə çağırıb

01 Mart 2021, 09:45 (GMT +4)
Əfv Komissiyasının növbəti iclası sabah keçiriləcək

01 Mart 2021, 09:32 (GMT +4)
Bu gün Qarabağla bağlı işçi qrupunun dördüncü iclası keçiriləcək

01 Mart 2021, 09:24 (GMT +4)
İsrail Dəməşqin ətrafını hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

01 Mart 2021, 09:15 (GMT +4)
Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

01 Mart 2021, 09:05 (GMT +4)
Gürcüstan Azərbaycanla birbaşa uçuşları bərpa edir

01 Mart 2021, 09:00 (GMT +4)
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək

01 Mart 2021, 01:00 (GMT +4)
"İnter" 3 xalı 3 cavabsız qolla qazanıb - (VİDEO)

28 Fevral 2021, 23:45 (GMT +4)
SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür

28 Fevral 2021, 23:40 (GMT +4)
"Trabzonspor" "Fənərbaxça"ya minimal hesabla uduzub - (VİDEO)

28 Fevral 2021, 22:19 (GMT +4)
"Arsenal" "Lester"ə qalib gəlib - (VİDEO)

28 Fevral 2021, 18:49 (GMT +4)
Güləşçilərimiz Kiyevdə daha 3 medal qazanıb

28 Fevral 2021, 18:38 (GMT +4)
"Yuventus" səfərdə xal itirib - (VİDEO)

28 Fevral 2021, 13:12 (GMT +4)
"Qalatasaray" "Ərzurumspor"u 2 qolla məğlub edib - (VİDEO)

28 Fevral 2021, 11:31 (GMT +4)
"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)

27 Fevral 2021, 17:00 (GMT +4)
Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

27 Fevral 2021, 16:57 (GMT +4)
İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

27 Fevral 2021, 16:50 (GMT +4)
Bakıda mağazadan 5600 manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:45 (GMT +4)
Futzal millimizin kapitanı: Sürpriz hər zaman mümkündür - (MÜSAHİBƏ)

27 Fevral 2021, 16:40 (GMT +4)
Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

27 Fevral 2021, 16:30 (GMT +4)
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:16 (GMT +4)
İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib

27 Fevral 2021, 16:15 (GMT +4)
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27 Fevral 2021, 16:05 (GMT +4)
Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

27 Fevral 2021, 16:04 (GMT +4)
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

27 Fevral 2021, 16:00 (GMT +4)
Kişi voleybolçular arasında Avropa çempionatı 4 ölkədə təşkil olunacaq

27 Fevral 2021, 15:50 (GMT +4)
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib

27 Fevral 2021, 15:39 (GMT +4)
Mənbə: Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirir

27 Fevral 2021, 15:32 (GMT +4)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66