Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib16 Yanvar 2021, 13:00 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.
Nazirlikdən SalamNews-a bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.
"Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib", - qurumdan qeyd edilib.
|