Trampın "Facebook" və "İnstagram" səhifələri bərpa edilib16 Yanvar 2021, 14:25 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Sosial media şəbəkələri "Facebook" və "İnstagram" rəhbərliyi ABŞ-ın hazırkı prezidenti Respublikaçı Donald Trampın Vaşinqtondakı etiraz aksiyaları fonunda dondurululan şəxsi hesablarının fəaliyyətini bərpa edib.
SalamNews TASS-a istinadən xəbər verir, hər iki xidməti özündə birləşdirən "Facebook" bununla bağlı müvafiq açıqlama yaymayıb.
Ancaq dövlət başçısının səhifələri yenidən açılır.
Hər iki səhifədəki son yazılar 6 yanvar tarixinə aiddir.
Hələ ki, Trampın səhifədə yeni yazılar yerləşdirə bilib bilməyəcəyi məlum deyil.
|