BMT TŞ Liviya üzrə yeni xüsusi nümayəndə təyin edib16 Yanvar 2021, 14:45 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. BMT Təhlükəsizlik Şurası slovakiyalı diplomat Yan Kubişin BMT Baş Katibinin Liviya üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib.
SalamNew -un xəbərinə görə, bu barədə TASS-a qurumdakı diplomatik mənbə məlumat verib.
"Bu məsələ ilə bağlı etirazlar bu gün saat 17:00-a qədər qəbul edilirdi, etiraz daxil olmayıb, bu səbəbdən qərar qəbul edilmiş sayılır", məlumatda deyilir.
Qeyd edək ki, yeni təyinata qədər Kubiş BMT-nin Livan üçün xüsusi koordinatoru vəzifəsini icra edib.
|