Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub18 Yanvar 2021, 11:12 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. Ölkədə tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam edir.
SalamNews-un məlumatına görə, Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB sədri Ramin Bayramlı və səhiyyə nazirinin müavini Elsevər Ağayev peyvənd olunub.
Daha sonra TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və səhiyyə nazirliyinin şöbə müdiri Teymur Musayev də vaksinasiya prosesinə qatılıb.
Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus əlyehinə vaksinasiya başlayıb.
|