İran ABŞ-ın regiona strateji B-52 bombardmançı təyyarələr göndərməsinə münasibət bildirib18 Yanvar 2021, 11:23 (GMT +4) Bakı, 18 yanvar, SalamNews, B,Samid. "İran 200 ildir ki, heç bir ölkəyə qarşı hücuma başlamayıb. Bununla yanaşı İran edilən hər bir təcavüzün zamanında qarşısını alacaq. Bunu bilmək üçün kifayət edər ki siz Səddama dəstək verən səmimi dostlarınızdan soruşasınız."
SalamNews xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb.
O, ABŞ-ın bölgəyə iki ədəd strateji bombardmançı göndərməsinə toxunub və bildirib ki, "İran istənilən hər hansı bir təcavüzün qarşısını alacaq və onu zərərsizləşdirəcək."
"Yaxşı olar ki, bu təyyarələri göndərmək əvəzinə həmin milyardlarla pulu vergi ödəyənlərinizin sağlamlığına xərcləyəsiz", deyə Cavad Zərif ABŞ daxilində olan müxtəlif problemlərə eyham vurub.
|