Braziliya iki COVID-19 peyvəndinin istifadəsinə icazə verib18 Yanvar 2021, 14:14 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. Braziliyanın milli tənzimləyici qurumu "Anvisa", "AstraZeneca" və "Sinovac" adlı iki koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar qurumun iclasında qəbul edilib.
Mütəxəssislər bu peyvəndlərin təhlükəsiz və effektiv olduğunu qeyd edib və şirkətlərdən tənzimləyici quruma məlumat verməyə davam etmələrini tələb edib.
|