Gürcüstanda son sutkada 110 yeni koronavirusa yoluxma aşkar edilib 18 Yanvar 2021, 12:20 (GMT +4) Bakı, 18 yanvar, SalamNews. Gürcüstanda son sutkada 110 koronavirusa (COVID-19) yoluxma halı aşkar edilib, 25 nəfər ölüb.
SalamNews -un xəbər verdiyi kimi, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi veb saytda məlumat verilib.
Qonşu ölkədə koronavirusa yoluxanların ümumi sayı 247.915-ə, ölənlərin sayı 2.958-ə yüksəlib.
Virusa yoluxan 234 636 nəfər sağalıb.
|