Bakı, 18 yanvar, SalamNews. Çində həkimlər son sutkada 109 yeni koronavirusa yoluxma hadisəsi aşkar edib.
SalamNews TASS-a istinadən xəbər verir, yeni yoluxanlardan 16-sı ölkəyə xaricdən gəlib.
Bunlardan dördü Şanxayda, üçü Şensi əyalətində, hərəsində iki olmaqla Çjen və Hunan əyalətlərində, hərəsində biri olmaqla Pekin, Tiansin, Fusyan, Quandun və Siçuan vilayətlərində təsbit edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 mənbəyini müəyyənləşdirmək üçün Çinlə yaxından əməkdaşlığa ümid etdiyi açıqlayıb.