Bakı, 18 yanvar, SalamNews. Amerikanın qeyri-kommersiya təşkilatı "Coalition for a Safer Web" "Apple"a qarşı iddia qaldıraraq "Telegram" messencerinin AppStore-dan çıxarılmasını tələb edib.
SalamNews Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazır.
Təşkilat, messencerin administrasiyasının Vaşinqtonda Kapitoliyə hücumundan əvvəl ekstremist danışıqların qarşısını almaq üçün heç bir tədbir görmədiyinihesab edir.
Məlumata görə, iddia, "Apple"ı "Parler"ə qarşı etdiyi kimi "Telegram"a qarşı da hərəkətə keçməyə məcbur etmək üçün təzyiq göstərir.