İraq Ordusunun mövqelərinə hava zərbələri endirilib, ölənlər var - KİV19 Yanvar 2021, 09:14 (GMT +4) Bakı, 19 yanvar, SalamNews, B,Samid. İraqın Babil əyalətində Curf-Saxr adlı rayonda ölkə ordusunun mövqelərinə hava zərbələri endirilib.
SalamNews bu barədə əl-Məyadin telekanalına istinadla xəbər verir.
Bildirilib ki, ötən gecə Curf-Saxr rayonunda İraq Ordusu və Haşd-Şabi qüvvələrinin olduğu hərbi mövqelərə şiddətli hava zərbələri endirilib.
Bu hücumda ölən və yaralananların olduğu bildirilir.
İraqın rəsmi mənbələri hələ bu hücum haqda məlumat verməyiblər.
Hücumun ABŞ tərəfindən həyata keçirildiyi iddia edilir.
Eyni zamanda ABŞ təyyarələri İraq-Suriya sərhədində yerləşən əl-Qaim rayonu üzərində intensiv uçuşlar həyata keçiriblər.
|