SalamNews-un verdiyi xəbərə görə, məlumatı BMT-nin MAR-da vəziyyətin stabilləşməsi üzrə çoxprofilli kompleks missiyası təsdiqləyib. Missiyanın həlak olmuş qabonlu və mərakeşli iki sülhməramlısının aid olduğu avtomobil karvanı 18 yanvar tarixində Mbomu vilayətinin Banqasu məntəqəsindən 17 km uzaqlıqda koalisiyanın silahlı qruplaşmasının elementlərinin hazırladıqları tələyə düşüb, məlumatda deyilir. Missiyanın rəhbəri “MAR-da sülh ittifaqı” və “Antibalaka” silahlı dəstələrinin döyüşçülərinin bu hücumunu qınayıb. O, qeyd edib ki, BMT missyası hücum edənlərin kimliyinin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün MAR höküməti ilə bərabər çalışacaq.