BMT İsrailin işğal edilən ərazilərdə yeni massiv salmasını kəskin qınayıb19 Yanvar 2021, 12:57 (GMT +4) Bakı, 19 yanvar, SalamNews, B,Samid. BMT baş katibi Antonio Quterreş, İsrail tərəfindən İordan çayının qərb sahilində daha bir yaşayış massivinin salınmasını kəskin qınayıb.
SalamNews Çinin dövlət informasiya agentliyi Xinhuanet.com-a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
Bidirilib ki, Quterreş İsrail tərəfindən 1967-ci ildə işğal edilmiş İordan çayının qərbində 800 mənzildən ibarət yeni yaşayış massivinin salınmasını beynəlxalq qanunların kobud şəkildə pozulması kimi qiymətləndirib və bu addımı pisləyib.
O bildirib ki, 1967-də işğal edilən ərazilərdə o cümlədə Qüdsün şərqində salınan massivlər qeyri-qanuni və beynəlxalq qanunun kobud şəkildə pozulması deməkdir.
BMT rəsmisi açıqlayıb ki, qeyri-qanuni tikililər tərəflər arasında qarşıdurmaya səbəb olur və sülh danışıqları istiqamətindəki fürsətləri aradan aparır.
Qeyd edək ki, İsrail indiyədək, işğal edilən İordan çayının qərbində azı 300 şəhər, qəsəbə və digər növ yaşayış massivləri inşa edib.
|