Akar: Türkiyə İraqın təhlükəsizliyini dəstəkləməyə hazırdır19 Yanvar 2021, 14:27 (GMT +4) Bakı, 19 yanvar, SalamNews. Türkiyə ilə İraq arasında əməkdaşlıq bölgənin təhlükəsizliyi və sabitliyi üçün vacibdir. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.
Bağdada səfər edən Akar və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Gülər İraq daxili işlər naziri Usman əl-Qanmi ilə danışıqlar aparıb.
Əl-Qanmi, Akar və Güləri Bağdadda salamlamaqdan məmnuniyyət duyduğunu bildirib.
Akar da öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Görüşün sonunda Akar İŞİD terrorçularına qarşı mübarizədə şəhid olanların xatirə muzeyini ziyarət edib.
|