İrəvanda keçmiş prezident Robert Köçəryana dəstək aksiyası keçirilir19 Yanvar 2021, 15:49 (GMT +4) Bakı, 19 yanvar, SalamNews. Çərşənbə axşamı keçmiş Ermənistan prezidenti Robert Köçəryana dəstək məqsədilə İrəvanda məhkəmə binası qarşısında 200-dək insan toplaşıb. Eks-prezidentin məhkəmə işi günortadan sonra davam etməlidir. Yerli xəbər portalları aksiyadan canlı reportaj yayımlayırlar.
2008-ci ilin mart ayında konstitusion quruluşun devrilməsi işi üzrə məhkəmə prosesi 12 sentyabr 2020-ci il tarixində İrəvan məhkəməsində başlayıb. SalamNews TASS-a istinadən xəbər verir ki, məhkəmə işi üzrə Köçəryandan savayı o vaxt müdafiə nazirinin müavini olmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Haçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə edilirlər.
|