Argentinada 6,4 bal gücündə zəlzələ baş verib19 Yanvar 2021, 16:19 (GMT +4) Bakı, 19 yanvar, SalamNews. Argentinada 6,4 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ-ın Geoloji xidməti (USGS) xəbər verir.
Zəlzələnin episentri San-Xuan vilayətinin Posito şəhərinin 27 km cənub-qərbində olub. SalamNews RT-yə istinadən bildirir ki, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşir.
Yeraltı təkanlar Çilinin paytaxtı Santyaqoda da hiss edilib. Zərərçəkənlər və ya dağıntılar haqqında hələlik məlumat yoxdur.
|