Dünyada koronavirusa yoluxanların sayı 96 milyonu keçib19 Yanvar 2021, 16:40 (GMT +4) Bakı, 19 yanvar, SalamNews. Dünyada yeni növ koronavirusa yoluxanların sayı 96 milyondan çoxdur. SalamNews “Worldometers”ə istinadən xəbər verir ki, epidemiyanın başlanğıcından bu yana cəmi 96 010 036 nəfər koronavirusa yoluxub.
Koronavirusa yoluxan əhali sayı üzrə liderlik ABŞ-dadır, indiyədək 24 626 376 amerikalı bu təhlükəli virusa yoluxub. Daha sonra siyahıda Hindistan (10 582 647), Braziliya (8 512 238), Rusiya (3 591 066), Böyük Britaniya (3 433 494), Fransa (2 914 725), Türkiyə (2 392 963), İtaliya (2 390 101), İspaniya (2 336 451) və Almaniya (2 059 314) gəlirlər.
Bu günədək dünyada koronavirus qurbanlarının ümumi sayı 2 049 352 nəfər təşkil edir, 68 654 836 xəstə virusdan sağalıb.
|