Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan və İran Araz çayı üzərində SES-lərin tikintisinə dair razılığa gəlib

19 Yanvar 2021, 18:00 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib.

SalamNews bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Məlumata görə, iclasın yekununda Anlaşma Memorandumu imzalanıb.

İclas çərçivəsində iki ölkə arasında bir sıra görüşlər də keçirilib. İranın Yol və Şəhərsalma Nazirliyində keçirilən görüş zamanı ölkələrimiz arasında yol-nəqliyyat və yüklərin daşınması sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, xüsusilə dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin imkanları araşdırılıb.

Energetika Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması və Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunub, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

Baş nazirin müavini Şahin Mustafayev görüşlər zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi, xüsusilə dini abidələrin dağıdılması və təhqir olunması ilə bağlı ətraflı məlumat vermiş, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyini bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Mart 2021, 18:00 (GMT +4)
“Azəriqaz”: Mülki müdafiə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var

01 Mart 2021, 17:50 (GMT +4)
DİM bir nəfər üçün imtahan keçirib

01 Mart 2021, 17:30 (GMT +4)
Xızıda yük avtomobili ilə traktor toqquşub, ölən var

01 Mart 2021, 17:21 (GMT +4)
ABŞ və Kanada birlikdə Rusiya və Çinə müqavimət göstərməyi planlaşdırır

01 Mart 2021, 17:20 (GMT +4)
Orxan Məmmədov: "Sahibkarlıq növləri üçün müəyyən edilmiş dövriyyə limitləri dəyişməlidir"

01 Mart 2021, 17:13 (GMT +4)
Hacı İlqar İbrahimoğlu İranda Qarabağla bağlı beynəlxalq konfransda çıxış edib

01 Mart 2021, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb

01 Mart 2021, 17:00 (GMT +4)
İnterAz telekanalı “Türksat 4a” peyki vasitəsilə yayıma başlayıb

01 Mart 2021, 16:50 (GMT +4)
Ermənistan Təhlükəsizlik Şurası Prezidenti Baş Qərargah rəisini istefaya göndərməyə çağırıb 

01 Mart 2021, 16:45 (GMT +4)
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir

01 Mart 2021, 16:32 (GMT +4)
İsrail gəmisinin İran tərəfindən vurulduğunu bildirib, Rəsmi Tehran cavab verib

01 Mart 2021, 16:28 (GMT +4)
Bakıda keçmiş məhkumda narkotik və silah aşkarlanıb

01 Mart 2021, 16:14 (GMT +4)
Yaxın Şərq mətbuatında jurnalist Haşim Məmmədovun məqaləsi dərc edilib (FOTO)

01 Mart 2021, 16:02 (GMT +4)
Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq sənədləri imzalanıb

01 Mart 2021, 15:51 (GMT +4)
Kreml Paşinyanın "İskəndər"lə bağlı yalnış hesabatların verilməsinə dair açıqlamasını şərh edib

01 Mart 2021, 15:50 (GMT +4)
Baş infeksionist: "Vaksinasiya cədvəlinə laqeyd yanaşmayın"

01 Mart 2021, 15:35 (GMT +4)
DİN: Avtomobillərini texniki baxışdan keçirməyənlər cərimələnəcək

01 Mart 2021, 15:23 (GMT +4)
Ərdoğanla Putin arasında telekonfrans keçiriləcək

01 Mart 2021, 15:15 (GMT +4)
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib - VİDEO

01 Mart 2021, 15:03 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

01 Mart 2021, 14:51 (GMT +4)
Azərbaycan səfiri: İranın humanitar və hərbi köməyi ilə Qarabağda 300 mindən artıq qaçqın mühasirədən çıxa bildi

01 Mart 2021, 14:47 (GMT +4)
Bakıda 3 evdən 60 min manatlıq oğurluq edilib

01 Mart 2021, 14:35 (GMT +4)
Dövlət Gömrük Komitəsi SalamNews xəbər agentliyini ad günü münasibətilə təbrik edib

01 Mart 2021, 14:27 (GMT +4)
Çin klubu fəaliyyətini dayandırıb

01 Mart 2021, 14:24 (GMT +4)
Meşələrin İnkişafı Xidməti: Ölkə üzrə 400 mindən çox ağac əkiləcək

01 Mart 2021, 14:12 (GMT +4)
Paşinyan müxalifləri hökumət binasına basqın edib

01 Mart 2021, 14:05 (GMT +4)
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

01 Mart 2021, 13:51 (GMT +4)
Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib

01 Mart 2021, 13:48 (GMT +4)
Ermənistan prezidenti İrəvandakı  mitinqlərdən əvvəl insanları birliyə və həmrəyliyə çağırır

01 Mart 2021, 13:44 (GMT +4)
İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66