Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür

19 Yanvar 2021, 23:50 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

SalamNews-un məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Mart 2021, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

01 Mart 2021, 11:41 (GMT +4)
ABŞ Venesuelaya qarşı sanksiyaların yüngülləşdirilməsinin şərtlərini açıqlayıb

01 Mart 2021, 11:30 (GMT +4)
Bakıda bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb

01 Mart 2021, 11:15 (GMT +4)
DİN: Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

01 Mart 2021, 11:14 (GMT +4)
İranın Qum şəhərində Qarabağla bağlı beynəlxalq konfrans keçirilir

01 Mart 2021, 11:05 (GMT +4)
Çexiya Baş naziri və ailəsini öldürməklə hədələyiblər 

01 Mart 2021, 11:00 (GMT +4)
Ceyhun Bayramov: Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik

01 Mart 2021, 10:58 (GMT +4)
Tramp yeni partiyanın yaradılması iddialarını rədd edib

01 Mart 2021, 10:56 (GMT +4)
2 şahmatçımız FİDE-nin yeni reytinq cədvəlində irəliləyib

01 Mart 2021, 10:52 (GMT +4)
İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla müzakirə masasına oturmayacağını bildirib

01 Mart 2021, 10:45 (GMT +4)
Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edilib

01 Mart 2021, 10:30 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb

01 Mart 2021, 10:15 (GMT +4)
MN Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər yayıb (VİDEO)

01 Mart 2021, 10:00 (GMT +4)
Meksikalı parlamentar Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

01 Mart 2021, 09:59 (GMT +4)
İran Türkiyənin Tehrandakı səfirini XİN-ə çağırıb

01 Mart 2021, 09:45 (GMT +4)
İran səfiri Türkiyə XİN-ə çağırılıb

01 Mart 2021, 09:45 (GMT +4)
Əfv Komissiyasının növbəti iclası sabah keçiriləcək

01 Mart 2021, 09:32 (GMT +4)
Bu gün Qarabağla bağlı işçi qrupunun dördüncü iclası keçiriləcək

01 Mart 2021, 09:24 (GMT +4)
İsrail Dəməşqin ətrafını hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

01 Mart 2021, 09:15 (GMT +4)
Peruda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

01 Mart 2021, 09:05 (GMT +4)
Gürcüstan Azərbaycanla birbaşa uçuşları bərpa edir

01 Mart 2021, 09:00 (GMT +4)
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək

01 Mart 2021, 01:00 (GMT +4)
"İnter" 3 xalı 3 cavabsız qolla qazanıb - (VİDEO)

28 Fevral 2021, 23:45 (GMT +4)
SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür

28 Fevral 2021, 23:40 (GMT +4)
"Trabzonspor" "Fənərbaxça"ya minimal hesabla uduzub - (VİDEO)

28 Fevral 2021, 22:19 (GMT +4)
"Arsenal" "Lester"ə qalib gəlib - (VİDEO)

28 Fevral 2021, 18:49 (GMT +4)
Güləşçilərimiz Kiyevdə daha 3 medal qazanıb

28 Fevral 2021, 18:38 (GMT +4)
"Yuventus" səfərdə xal itirib - (VİDEO)

28 Fevral 2021, 13:12 (GMT +4)
"Qalatasaray" "Ərzurumspor"u 2 qolla məğlub edib - (VİDEO)

28 Fevral 2021, 11:31 (GMT +4)
"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66