Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2021, 11:30 (GMT +4)

Bakı, 20 yanvar, SalamNews. 19 yanvar 2021-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda İnternet üzərindən onlayn konfrans formatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

AMEA-dan SalamNews-a daxil olan məlumata görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın təklifi ilə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan professor M. Rəhimova bildirdi ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının böyük faciələrindən biridir. “Çökməkdə olan totalitar sovet rejimi öz milli hüquqları uğrunda mübarizəyə qalxmış silahsız Azərbaycan xalqına qarşı qəddar cinayət törətdi. Həmin hadisələr zamanı qətlə yetirilmiş soydaşıarımızın hamısı mülki şəxs idilər, M.Qorbaçov və onun ermənipərəst ətrafı tərəfindən törədilmiş qırğında uşaqlar, qocalar və hətta köməyə gələn həkimlər də güllələnmişlər” - deyə professor M.Rəhimova bildirdi.

“O dövrdə Moskvada yaşayan Ulu Öndərimiz Heydər Əliyev xalqımızın təmsilçisi kimiMoskvadakı Azərbaycan nümayəndəliyində keçirilmiş mətbuat konfransında öz etiraz səsini qaldırdı. Artıq dörd il sonra müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq, 1994-cü ildə yanvarın 5-də H.Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsi üçün Milli Məclisin sessiya keçirildi. O qanlı hadisələrdən 31 il keçib. Hər il olduğu kimi biz bu il də 20 Yanvar şəhidlərimizin xatirəsini yad edəcəyik. Amma bu ilki anım xüsusi olacaq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu ötən ilin payızındakı 44-günlük şanlı müharibədə şəhidlərimizin qisasını aldı. Biz Şəhidlər Xiyabanını ilk dəfə olaraq və bundan sonra “Sizin qanınız yerdə qalmadı! Qisasınız alındı!” sözləri ilə ziyarət edəcəyik. Şəhidlərin ruhu həmişə bizimlə olacaq. Ulu Öndərin davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri də bizim üçün əsasdır: “Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərin xatirəsini biz həmişə yaşatmalıyıq!”– deyə professor Maisə Rəhimova vurğuladı. Çıxışının sonunda professor M.Rəhimova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədi. 

Daha sonra çıxış edən İnstitutun şöbə müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın qan yaddaşıdır. İnsanlar qorxmadan, çəkinmədən əliyalın sovet tanklarının qarşısına çıxdı. İnsanlarda bir illüziya var idi, guya sovet quruluşu o qədər mükəmməl quruluşdur ki, əliyalın insanlara güllə atmaz. “Bizə qədər Gürcüstanda, Baltikyanı respublikalarda belə hadisələr baş vermişdi. Qorbaçov və ətrafı dağılmaqda olan imperiyanı qurtarmaq üçün belə qırğınlara əl atırdılar. Bizim azadlıq mübarizəmiz elə həmin dövrdən başladı. O dövrdə Ulu Öndər H.Əliyev bu hadisələrə siyasi qiymət verdi. Çox təəssüf ki, 20 Yanvar hadisələrini törədənlər cəzasız qaldı. Yazov ölüb getsə də, Qorbaçov hələ də qalıb. Bu son 44 günlük müharibə Azərbaycan xalqının mübarizliyini, döyüşkənliyini və dəmir yumruğunu dünyaya göstərdi. Hörmətli Prezidentimizin ailəsi ilə bərabər Şuşaya səfər etməsi də dünyaya göstərir ki, Azərbaycan dirçəlib, Qarabag Azərbaycandır və bu, belə də davam edəcək. Allah Şəhidlərinmizə rəhmət eləsin”.

İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov qeyd etdi ki,20 Yanvar şəhidlərinin xatirəsi bizim üçün çox əzizdir. “Bu hadisə faciə olmaqla bərabər, həm də xalqımızın şanlı qəhrəmanlıq səhifələrindən biridir. Yalın əllə tankların qarşısına çıxan həmin insanlar sanki bu günkü qələbənin bünövrəsini qoyurdular. Bu hadisələr Azərbaycan xalqının nə qədər qəhrəman, mübariz və dəmir yumruq kimi birləşə bilən xalq olduğunu göstərdi. Son olaraq, 44 günlük müharibədə şəhid olanların, 20 yanvar şhidlərinin ruhu qarşısında baş əyirik, onlara Allahdan rəhmət, yaralılarımıza isə Allahdan şəfa diləyirik” - deyə A.Ələkbərov bildirdi.
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirdi ki, xalqımızın başına gətirilən bu faciə bundan sonra da əsrlər boyu milli yaddaşımızda qalacaq. “Bütün 20 Yanvar şəhidlərinə rəhmət diləyirik, eyni zamanda Qarabag döyüşlərində şəhid olan qəhrəmanlarımızın da ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət arzulayırıq. Allah bir də xalqımızın başına belə faciə gətirməsin!” - deyə A.Ağalarzadə vurğuladı.

İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov 20 Yanvar ərəfəsində və dövründə Naxçıvanda cərəyan edən hadisələr barədə xatirələrini dilə gətirdi. Çıxışının sonunda S.Aşurov bunları bildirdi: “Artıq Azərbaycan xalqı azadlığın, müstəqilliyin nə oldugunu dərk edib. Biz cənab Prezidentimizə minnətdarıq ki, xalqı dəmir yumruq kimi birləşdirə bildi və şanlı Ordumuza rəhbərlik edərək torpaqlarımızı düşməndən azad etdi. Bütün 20 Yanvar və Qarabağ şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə isə, şəfa diləyirik.”

Söz almış İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli vurğuladı ki, bu gün bizim matəm günümüz olsa da, həm də milli birlik günümüzdür. B.İbrahimli çıxışında son 200 ildə xalqımızın başına gətirilən faciələrdə Rusiyanın imperialist dairələrinin rolunu unutmamağa çağırdı. “Biz bir xalq olaraq öz gücümüzü bilirik. Allahdan həm 20 Yanvar şəhidlərinə, həm Qarabag müharibəsi zamanı şəhid olanlara rəhmət diləyirəm” -deyə sonda B.İbrahimli bildirdi.
İnstitutun elmi işçisi, arxeoloq Lola Hüseynova söz alaraq Müstəqillik və Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə həsr etdiyi şerini təqdim etdi.

İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev çıxışında bunları bildirdi: “Hər il biz institutda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib, bu il COVİD-19 koronavirusu pandemiyası ilə əlaqədar tədbiri onlayn formatda keçiririk. İndi Şəhidlər Xiyabanında 20 Yanvar hadisələrinin 31 illiyinə güclü hazırlıq gedir. Bilirik ki, sabah orada Ölkə Başçımız, Ali Baş Komandan İlham Əliyev də iştirak edəcək. Bu ilki 20 Yanvar anımı qisas günü kimi, şəhidlərin qanının alındığının bəyan olunacağı gün kimi qeyd ediləcək. Bu barədə artıq xarici KİV-də də yazırlar ki, Azərbaycan xalqı özünü bir millət olaraq göstərdi, öz torpağını düşməndən azad elədi. İllərlə millətimizə qarşı, milli birliyimizi pozmaq məqsədi ilə yazılan yazıların da puç oldugu göründü. 20 Yanvar hadisələrinin 31-ci ildönümü Azərbaycanın qisas günü kimi qeyd ediləcək. Şəhidlərimizin ruhu şad olsun, bundan sonra şəhidlərimiz olmasın!Allah şəhidlərimizrəhmət eləsin!”.
Onlayn konfransı yekunlaşdıran professor M.Rəhimova bir daha şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır

AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək (FOTO)

AMEA Botanika İnstitutunun əməkdaşı “Gənclər mükafatı”na layiq görülüb

AMEA-da İnkubator və Texnologiya Transferi Mərkəzi yaradılıb

AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib

Əli Abbasova AMEA-da yeni vəzifə verilib

AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub

AMEA-nın institutlarında yeni vəzifələr yaradılıb 

YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-da iş saatı dəyişdirilib

AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-nın ümumi yığıncağı keçiriləcək

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqlayıb

04 Mart 2021, 13:13 (GMT +4)
Kürdəmirdə gecə saatlarında gizlin fəaliyyət göstərən kafe aşkarlanıb

04 Mart 2021, 13:00 (GMT +4)
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb

04 Mart 2021, 12:58 (GMT +4)
Zaxarova Rusiyanın Ermənistandakı vəziyyəti ölkənin daxili işi hesab etdiyini açıqlayıb

04 Mart 2021, 12:46 (GMT +4)
Ruhani: Beynəlxalq Atom Agentliyi siyasi oyunların deyil, bu barədə Avropa dövlətlərinə nəsihət vermişik

04 Mart 2021, 12:40 (GMT +4)
DGK sədri sifariş limitindən danışıb

04 Mart 2021, 12:30 (GMT +4)
Səfər Mehdiyev: Dövlət Gömrük Komitəsində yoxlamalar aparılmır

04 Mart 2021, 12:15 (GMT +4)
Bakıda evdə yanğın olub, ölən var (YENİLƏNİB)

04 Mart 2021, 12:07 (GMT +4)
Ərəb Dövlətləri Liqasının baş katibinin kimliyi müəyyənləşib

04 Mart 2021, 12:00 (GMT +4)
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

04 Mart 2021, 11:45 (GMT +4)
Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı vətəndaşlara müraciət edib

04 Mart 2021, 11:41 (GMT +4)
Almaniyada karantin mart ayının sonuna qədər uzadılıb

04 Mart 2021, 11:30 (GMT +4)
Ötən gün Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

04 Mart 2021, 11:20 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı son sutkada 133 nəfər artıb

04 Mart 2021, 11:15 (GMT +4)
MN Füzuli rayonunun Qaradağlı kəndindən videogörüntülər yayıb (VİDEO)

04 Mart 2021, 11:12 (GMT +4)
Roma Papası İraq səfərindən öncə bu ölkə xalqına müraciət edib

04 Mart 2021, 11:08 (GMT +4)
Tac Mahalda bomba təhlükəsi səbəbi ilə turistlər təxliyyə edilib

04 Mart 2021, 11:00 (GMT +4)
Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb

04 Mart 2021, 10:30 (GMT +4)
ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir

04 Mart 2021, 10:30 (GMT +4)
ABŞ Venesuelaya qarşı sanksiyaları uzadıb

04 Mart 2021, 10:24 (GMT +4)
İsrail Aralıq dənizi sahillərində çirklənməyə görə İranı ittihamlandırıb

04 Mart 2021, 10:15 (GMT +4)
Azərbaycan nefti yenidən bahalaşıb

04 Mart 2021, 10:00 (GMT +4)
DİM dövlət qulluqçusu olmaq istəyən 1 856 namizəd üçün imtahan keçirəcək

04 Mart 2021, 09:57 (GMT +4)
BMT Myanmadakı etiraz aksiyalarında 38-dən çox insanın öldüyünü açıqlayıb

04 Mart 2021, 09:45 (GMT +4)
Qubadlı polisi rayon ərazisində xidməti fəaliyyətini davam etdirir (VİDEO)

04 Mart 2021, 09:43 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın Ciddə şəhərində neft bazasını hədəfə aldıqlarını bildiriblər

04 Mart 2021, 09:30 (GMT +4)
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb

04 Mart 2021, 09:21 (GMT +4)
Dünyada «əbədi» koronavirusa yoluxma halları aşkar edilib

04 Mart 2021, 09:15 (GMT +4)
Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

04 Mart 2021, 09:03 (GMT +4)
Beynəlxalq Cinayət Məhkəməsinin qərarı İsrail və ABŞ-ı qəzəbləndirib

04 Mart 2021, 09:00 (GMT +4)
Pandemiya şəraitində Azərbaycandan İrana səfər qaydaları açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66