Bakı, 20 yanvar, SalamNews. Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Twitter-də yazı paylaşıb.
SalamNews -un məlumatına görə, Çavuşoğlu yazıb:
“1990-cı il 20 yanvar tarixində Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik. Şəhidlərin rəmzi olan qərənfillər azad edilmiş torpaqların rəmzi olan Xarıbülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!".