Tramp Administrasiyası getməmişdən az öncə BƏƏ-ə F35 qırıcılarının satılması haqda müqavilə imzalayıb21 Yanvar 2021, 09:11 (GMT +4) Bakı, 21 yanvar, SalamNews, B,Samid. Donald Tramp Administrasiyası Ağ Evi tərk etmədən öncə Birləşmiş Ərəb Əmirliklərinə 50 ədəd F35 qırıcısının satılması haqda müqavilə imzalayıb.
SalamNews bu barədə Reuters-ə istinadla xəbər verir.
Bildirilib ki, Donald Tramp Ağ Evi tərk etməmişdən az öncə ABŞ və BƏƏ hökumətləri 50 ədəd beşinci nəsil F35 qırıcısının və əlavə olaraq 18 ədəd hərbi PUA-nın satin alınması ilə bağlı müqavilə imzalayıblar.
Qeyd edək ki, bu alqı-satqı ilə bağlı iki hökumət arasında danışıqlar gedirdi. Lakin ekspertlərin fikrinə görə BƏƏ Co Bayden Administrasiyası tərəfindən hər hansı bir maneənin və ya gecikdirmənin olması ilə bağlı ehtiyatlanaraq, bu müqaviləni tezləşdirib.
İsrail bu müqaviləyə ilk mərhələdə etiraz etsə də, BƏƏ və Təl-Əviv arasında münasibətlərin rəsmiləşdirilməsindən sonra, ona razılıq verib.
|