Cozef Bayden bir sıra müsəlman ölkələrindən ABŞ-a giriş məhdudiyyətlərini ləğv edib21 Yanvar 2021, 09:26 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. ABŞ Prezidenti Co Bayden "Müsəlman Qadağası" olaraq tanınan, bir sıra Yaxın Şərq ölkələri nümayəndələri üçün ABŞ-a səyahət məhdudiyyətlərinin ləğvi barədə fərman imzalayıb. SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
2017-ci ildə Donald Tramp prezident fərmanı ilə İran, Liviya, Suriya, Yəmən, Somali, Sudan və İraq vətəndaşlarının ölkəyə girişinə qadağa qoymuşdu. Fərman yerli səviyyədə bir sıra məhkəmələr tərəfindən qanunsuz elan edildikdən sonra, mətnə düzəliş edilərək İraq və Sudan siyahıdan çıxarılsa da Çad və KXDR vətəndaşları, Venesuela rəsmiləri yenidən əlavə edilib.
|