Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib21 Yanvar 2021, 13:10 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. Ötən il Azərbaycanda 3 571 kq qızıl, 4 310 kq gümüş istehsal edilib.
SalamNews-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı daha əvvəlki ilin müvafiq dövründən 3,8 % az, gümüş istehsalı isə 12,8 % çox olub.
Bu ilin əvvəlinnə 115,2 kq qızıl, 64,6 kq gümüş ehtiyatı yaranıb.
|