Ötən il Azərbaycanda 3 106 əkiz, 117 üçəm, 4 dördəm doğulub21 Yanvar 2021, 14:21 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.
Bu barədə SalamNews-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,7 təşkil edib.
Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.
|