Co Bayden Trampın bir neçə fərmanını ləğv edib21 Yanvar 2021, 10:09 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın ölkəni Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) və Paris İqlim Sazişindən çıxarmağa dair sərəncamlarını ləğv edən fərmanlar imzalayıb.
SalamNews xəbər verir ki, həmçinin Yaxın Şərqdəki bir sıra ölkə vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətləri ləğv edib.
Ağ Evin yeni rəhbərinin fərmanı ilə, COVID-19 pandemiyası səbəbiylə federal binalarda tibbi maskalar taxmaq məcburiyyət halını alıb.
20 yanvar 2021-ci ildə Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi keçirilib.
|