Pakistan ortamənzilli ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib21 Yanvar 2021, 10:43 (GMT +4) Bakı, 21 yanvar, SalamNews, B,Samid. Pakistan ərəb dənizində bir raketini müvəffəqiyyətlə sınaqdan keçirib.
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Pakistanın hərbi mənbələri məlumat veriblər.
Bildirilib ki, Pakistan, qurudan quruya atılan “Şahin-3” adlı ortamənzilli ballistik raketini yenidən müvəffəqiyyətlə sınaqdan keçirib.
Bu sınaq ərəb dənizində baş tutub.
Qeyd edilən raket tondan artıq çəkisi olan adi və nüvə başlıqlarını daşıya bilir.
|