Bayden BMT Baş Katibini ABŞ-ın ÜST-ə qayıtdığı barədə məlumatlandırıb21 Yanvar 2021, 13:35 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. ABŞ Prezidenti Co Bayden, BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, ABŞ-ın Dünya Səhiyyə Təşkilatına geri döndüklərini açıqlayıb.
SalamNews -un RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.
"Bu məktubla ABŞ hökuməti, 6 iyul 2020-ci ildə göndərilən məktubu geri götürür", məlumatda qeyd edilir.
Məktubda bildirilir ki, ABŞ ÜST üzvü olmaq niyyətindədir.
Bayden, ABŞ-ın qlobal səhiyyədə yaranan təhdidlərə qarşı mübarizədə iştirak etmək və bu məsələdə dünya lideri rolunu oynamaq niyyətində olduğunu vurğulayıb.
|