BMT ABŞ-ın Paris İqlim Sazişinə rəsmi olaraq nə zaman qayıdacağını açıqlayıb21 Yanvar 2021, 14:10 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. ABŞ rəsmi olaraq 19 fevral tarixindən Paris İqlim Sazişi çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməyə davam edəcək.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Antonio Quterreşin açıqlamasında deyilir.
"ABŞ üçün Paris Sazişi 19 fevral 2021-ci il tarixindən qüvvəyə minəcək", - rəsmi saytda yayımlanan sənəddə deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden, BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, ABŞ-ın Dünya Səhiyyə Təşkilatına geri döndüklərini də açıqlayıb.
|