Bakı, 21 yanvar,
SalamNews. Fevral ayının sonlarından başlayaraq ölkə vətəndaşlarının peyvənd olunması məqsədilə Yaponiya koronavirusla mübarizə üçün 310 milyon dozadan ibarət peyvəndin ölkəyə gətirilməsini təmin edəcək.
SalamNews RT-yə istinadən xəbər verir ki, bu barədə baş nazir Yosixide Suqa məlumat verib.
“Dünən “Pfizer” şirkəti ilə müqavilə imzaladıq. Beləliklə, ümumilikdə 310 milyon dozadan ibarət peyvəndi ölkəyə gətirə biləcəyik”, - baş nazir deyib.
TASS bildirir ki, daha öncə, Yaponiya höküməti COVID-19 koronavirus infeksiyasının yayılması ilə əlaqədar daha yeddi prefekturanın fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi zonaya aid edildiyini bildirmişdi.