“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub21 Yanvar 2021, 16:42 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. “AzerGold" QSC Ağyoxuş və Çovdar Filiz Emalı (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla), Daşkəsən Dəmir Filizi Sahələri üzrə mühafizə xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
SalamNews vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gesco" ASC-dir.
Qalib şirkətə 1 419,1 min manat ödəniləcək.
"Gesco"nun bu günə 11 744 manat vergi borcu var.
|