Almaniyada son sutkada 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb21 Yanvar 2021, 17:32 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. Almaniyada koronavirusa yoluxma hallarının sayı son sutkada 20 398 nəfər artıb.
SalamNews -un RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Epidemiya başlayandan ölkədə 2.088.400 yoluxma qeydə alınıb.
Ötən gün Almaniyada 15.974 koronavirusa yoluxma aşkar edilmişdi.
|