Zığ-Hava limanı yolunda zəncirvari qəza baş verib22 Yanvar 2021, 10:45 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən SalamNews-a bildirilib ki, Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib. Məlumat üçün bildirək gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.
"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - BNA-dan bildirilib.
|