Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tahir Mirkişili “Caspian Energy Club”-un təşkil etdiyi “Online B2G Forum”da iştirak edib

22 Yanvar 2021, 10:09 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Qarabağın inkişaf planı və qarşıda duran əsas məqsədlərin müzakirə etmək məqsədi ilə “Caspian Energy Club” Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin iştirakı ilə “Online B2G Forum” təşkil edib. 

Bu barədə SalamNews-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin xatirəsini  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İki saatdan artıq davam edən virtual müzakirələr zamanı Tahir Mirkişili biznes fəaliyyətinin optimallaşması istiqamətində qəbul olunan və müzakirə edilən qanun layihələrindən danışıb, həmçinin sahibkarların təkliflərini dinləyib. Tahir Mirkişili həm yerli həm də xarici sahibkarların Qarabağa sərmaye qoymaq ve işğaldan azad olunan torpaqlarda fəaliyyət göstərmək istəyini yüksək qiymətləndirərək, Qarabağda həyata keçirilən işlərin Azərbaycan iqtisadiyyatının yeni drayveri olacağını xüsusilə qeyd etdi. 

Tahir Mirkişili, həmçinin Caspian Energy Club tərəfindən yaradılmış platformada dövlət sektoru ilə biznes nümayəndələri arasındakı dialoqun vacibliyini qeyd edərək mütəmadi olaraq sahibkarlarla dövlət məmurları arasında keçirilən görüşlərdə aktiv iştirak etmək istəyini bildirib.

Telman Əliyev də öz növbəsində qeyd etdi ki, 2020-ci ildə olduğu kimi bu il də Caspian Energy Club təşkil edəcəyi bütün tədbirlərdə hökumət ve özəl sektor nümayəndələrinin müzakirə etdiyi mövzuları, sualları ve təklifləri yazılı surətdə aidiyyəti qurumlara çatdıracaqlar ki, qanunvericilikdə dəyişiklik edilərkən sahibkarların mövqeyi nəzərə alınsın.

Sonda Telman Əliyev Caspian Energy Club-un üzv şirkətlərinin top-menecerləri adından açıq müzakirə və səmimi dialoq üçün Tahir Mirkişiliyə minnətdarlığını ifadə edib. 

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Fevral 2021, 13:57 (GMT +4)
Baş Prokurorluq Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı videoçarx hazırlayıb (VİDEO)

26 Fevral 2021, 13:42 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Fevral 2021, 13:37 (GMT +4)
Ərdoğan: Türkiyə və Azərbaycan – bir millət, iki dövlət

26 Fevral 2021, 13:33 (GMT +4)
Gənclər təşkilatları Xocalı Soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar (VİDEO)

26 Fevral 2021, 13:22 (GMT +4)
Fransa paytaxtı koronavirus səbəbiylə üç həftəlik bağlana bilər

26 Fevral 2021, 13:16 (GMT +4)
Rusiya ABŞ-ın Suriya ərazisinə aviazərbələr endirməsinə münasibət bildirib

26 Fevral 2021, 13:12 (GMT +4)
Prezident: “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”

26 Fevral 2021, 13:00 (GMT +4)
Mübariz Qurbanlı: Qərar verilsə, dini ibadət yerlərində də məhdudiyyətlər aradan qalxacaq

26 Fevral 2021, 12:43 (GMT +4)
Türkiyə və Pakistan xarici işlər nazirlikləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatlar veriblər

26 Fevral 2021, 12:40 (GMT +4)
Kişi boksçulardan ibarət millimiz Türkiyəyə toplanışa gedir

26 Fevral 2021, 12:32 (GMT +4)
Dövlət başçısı əhalinin azad edilmiş ərazilərə qayıtmasından danışıb

26 Fevral 2021, 12:19 (GMT +4)
Tahir Gözəl: Abad Qarabağa tezliklə getmək haqda düşünürük

26 Fevral 2021, 12:18 (GMT +4)
Ankaranın meri Xocalı soyqırımı ilə bağlı tvit paylaşıb

26 Fevral 2021, 12:15 (GMT +4)
Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib

26 Fevral 2021, 12:08 (GMT +4)
Ağ Evin iqtisadi məsələlər üzrə yeni sözçüsü olan hicablı xanımın kimliyi bəlli olub (VİDEO)

26 Fevral 2021, 12:06 (GMT +4)
Yığmamız “Turan Tovuz”a qalib gəlib

26 Fevral 2021, 12:00 (GMT +4)
Azərbaycan Prezidenti Ermənistanda baş verənlərə münasibət bildirib

26 Fevral 2021, 11:45 (GMT +4)
MN Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər yayıb (VİDEO)

26 Fevral 2021, 11:34 (GMT +4)
Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib

26 Fevral 2021, 11:21 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı verib

26 Fevral 2021, 11:15 (GMT +4)
Prezident İlham Əliyev mətbuat konfransı keçirir (CANLI)

26 Fevral 2021, 11:12 (GMT +4)
ABŞ Dövlət Departamenti Ermənistan Silahlı Qüvvələrini siyasətə qarışmamağa çağırıb

26 Fevral 2021, 11:03 (GMT +4)
Avropa Liqasında 1/8 finalçılar məlum olub

26 Fevral 2021, 11:00 (GMT +4)
Nazir: Davamlı sülh üçün Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir

26 Fevral 2021, 10:51 (GMT +4)
AB Venesuela diplomatik missiyasının rəhbərini ölkədən qovub

26 Fevral 2021, 10:45 (GMT +4)
Kaliforniyada Xocalı Soyqırımına həsr olunan musiqi əsəri nümayiş olunub (VİDEO)

26 Fevral 2021, 10:41 (GMT +4)
ABŞ İrana qarşı maksimum təzyiq və sanksiya siyasətinin nəticə vermədiyini bildirib

26 Fevral 2021, 10:30 (GMT +4)
Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı paylaşım edib

26 Fevral 2021, 10:25 (GMT +4)
Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib

26 Fevral 2021, 10:22 (GMT +4)
Putin və Paşinyan Ermənistandakı vəziyyəti müzakirə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66