İlon Mask karbon qazının tutulması texnologiysının müəllifinə 100 milyon dollar ödəyəcək22 Yanvar 2021, 12:27 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask, karbon qazının tutulması və saxlanması üçün ən səmərəli metodun inkişaf etdirənlərə 100 milyon dollar ödəməyə hazırdır. SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o Twitter-də açıqlama verib.
"Karbon qazını tutmaq üçün ən yaxşı texnologiya yaradıcısına 100 milyon dollar mükafat verəcəm", Mask yazıb.
O, gələn həftə bu təklifin təfərrüatları barədə ətrafllı məlumat verəcəyini qeyd edib.
|