ABŞ Konqresinə Baydenin impiçmenti ilə bağlı layihə təqdim edilib22 Yanvar 2021, 11:53 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. ABŞ Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrin andiçmə mərasimindən bir gün sonra prezident Cozef Baydenin impiçmenti ilə bağlı layihə təqdim edib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Bayden bu vəzifəni tutmaq iqtidarında deyil. Onun səlahiyyətlərindən sui-istifadə etməklə bağlı təcrübəsi var və bu narahatedici haldır. Bayden oğlu Hanteri xilas etmək və ailəsinin ciblərini doldurmaq üçün əlindən gələni edəcəyini nümayiş etdirdi", Qrin bildirib.
Onun fikrincə Bayden oğluna "Amerikanın ən böyük düşmənləri - Rusiya və Çindən pullar götürməyə" imkan verib.
|