Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib22 Yanvar 2021, 13:12 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21 513 nəfər artıb, ümumi yoluxanların sayı 3 677 352 nəfərə çatıb.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.
Qərargahın verdiyi məlumata görə, nisbi baxımdan artım 0.6 faiz təşkil edir.
Koronavirusdan sağalanların sayı son sutkada 27.318 nəfər artıb.
Ümumilikdə koronavirusa yoluxanlardan 3.081.536 nəfəri sağalıb.
|