Putin və AŞ rəhbəri Navalnı ilə bağlı vəziyyəti müzakirə edib22 Yanvar 2021, 15:28 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Avropa Şurasının rəhbəri Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı keçirib. SalamNews TASS-a istinadən xəbər verir ki, tərəflər müxalifətçi Aleksey Navalnının həbsini müzakirə edib.
Mişel Putinə məsələ ilə bağlı AB-nin mövqeyini çatdırıb.
Avropa Şurası rəhbərinin sözlərinə görə, AB liderləri mart ayında keçiriləcək sammitdə Rusiya ilə münasibətləri müzakirə edəcəklər.
Tərəflər həmçinin koronavirus pandemiyası ilə mübarizə, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi mövzusunda da fikir mübadiləsi aparıb.
|