Türkiyə NATO-nun Əfqanıstan və İraqdakı missiyasına dəstək verməyə davam edəcək 22 Yanvar 2021, 15:58 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, NATO baş katibi Yens Stoltenberq ilə görüşüb.
Görüş NATO-nun Brüsseldəki qərargahında baş tutub.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, danışıqların sonunda Çavuşoğlu ittifaq daxilində birlik və həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edib.
“Ölkəmiz, ittifaqın qorunmasında və təhdidlərin qarşısının alınmasında aparıcı rol oynayır. NATO-nun Əfqanıstan və İraqdakı nümayəndəliklərini dəstəkləməyə davam edəcəyik", o bildirib.
Gün ərzində eyni zamanda Çavuşoğlunun Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşü də planlaşdırılır.
|