Qeyri-sabit hava şəraitində "Azərişıq" ASC-nin Qəza xidməti 24 saat fasiləsiz iş başında olub (VİDEO)
22 Yanvar 2021, 16:45 (GMT +4)
Bakı, 22 yanvar, SalamNews. Qeyri-sabit hava şəraitində "Azərişıq" ASC-nin Qəza xidməti 24 saat fasiləsiz iş başında olub.
SalamNews xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd edilir.
“Ən ucqar dağlıq ərazilərdə belə qarlı şaxtalı havada abonentlərmizə xidmətdən qürur duyuruq!”-deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Milli Hidrometrologiya Departamentinin yaydığı məlumata görə, yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri - sabit keçib.
Bu səbəbdən gücləndirilmiş iş rejimində çalışan ASC-də əlavə tədbirlərin görülüb.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
“Azərişıq” ASC rəhbərliyinin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışıb.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.