Rusiya Azərbaycandan olan beş şirkətdən pomidor idxalına qadağa qoyub22 Yanvar 2021, 17:26 (GMT +4) Bakı, 22 yanvar, SalamNews. Rusiyanın "Rosselxoznadzor" idarəsi Azərbaycandan gətirilən pomidorlarda pomidor güvəsi aşkar edib.
SalamNews -un verdiyi xəbərə görə, Dağıstan gömrük terminalında aparılan yoxlama zamanı təhlükəli zərərvericiyə rast gəlinib. Zərərvericilər 5 istehsalçı şirkətin məhsullarında aşkar edilib.
Məlumata görə, bura "AQRO-FAVORIT" MMC, "Bina Agro" QSC, "AGROTERM" MMC, "Xızı Agropark" MMC, "Mamedov Vilayət Rüstəm" adlı Azərbaycan şirkətləri aiddir.
|