Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tarixi abidələr aşkarlanıb

23 Yanvar 2021, 10:45 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə, yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb.

Arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkarlanıb.

Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkar olunub.

İkinci kurqanda daş örtüyü altında, təqribən 1,2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.

“Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılıb. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib.

Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.

Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu - I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.

Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib.

Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gürcüstan Keşikçidağda yeni sərhəd zastavasının tikintisini başa çatdırır

“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

DSX: “Keşikçidağ” ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

DSX: “Keşikçidağ”da təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub

QMİ sədri Gürcüstan səfiri ilə II İliyanın Keşikçidağla bağlı məktubunu müzakirə edib

Gürcüstan DİN: Keşikçidağ monastır kompleksi ərazisində yerli sakinlərlə Azərbaycan sərhədçiləri arasında insident yaşanıb

Yaqub Mahmudov: ""Keşikçidağ" Azərbaycan torpağıdır"

01 Mart 2021, 18:00 (GMT +4)
“Azəriqaz”: Mülki müdafiə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var

01 Mart 2021, 17:50 (GMT +4)
DİM bir nəfər üçün imtahan keçirib

01 Mart 2021, 17:30 (GMT +4)
Xızıda yük avtomobili ilə traktor toqquşub, ölən var

01 Mart 2021, 17:21 (GMT +4)
ABŞ və Kanada birlikdə Rusiya və Çinə müqavimət göstərməyi planlaşdırır

01 Mart 2021, 17:20 (GMT +4)
Orxan Məmmədov: "Sahibkarlıq növləri üçün müəyyən edilmiş dövriyyə limitləri dəyişməlidir"

01 Mart 2021, 17:13 (GMT +4)
Hacı İlqar İbrahimoğlu İranda Qarabağla bağlı beynəlxalq konfransda çıxış edib

01 Mart 2021, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb

01 Mart 2021, 17:00 (GMT +4)
İnterAz telekanalı “Türksat 4a” peyki vasitəsilə yayıma başlayıb

01 Mart 2021, 16:50 (GMT +4)
Ermənistan Təhlükəsizlik Şurası Prezidenti Baş Qərargah rəisini istefaya göndərməyə çağırıb 

01 Mart 2021, 16:45 (GMT +4)
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir

01 Mart 2021, 16:32 (GMT +4)
İsrail gəmisinin İran tərəfindən vurulduğunu bildirib, Rəsmi Tehran cavab verib

01 Mart 2021, 16:28 (GMT +4)
Bakıda keçmiş məhkumda narkotik və silah aşkarlanıb

01 Mart 2021, 16:14 (GMT +4)
Yaxın Şərq mətbuatında jurnalist Haşim Məmmədovun məqaləsi dərc edilib (FOTO)

01 Mart 2021, 16:02 (GMT +4)
Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq sənədləri imzalanıb

01 Mart 2021, 15:51 (GMT +4)
Kreml Paşinyanın "İskəndər"lə bağlı yalnış hesabatların verilməsinə dair açıqlamasını şərh edib

01 Mart 2021, 15:50 (GMT +4)
Baş infeksionist: "Vaksinasiya cədvəlinə laqeyd yanaşmayın"

01 Mart 2021, 15:35 (GMT +4)
DİN: Avtomobillərini texniki baxışdan keçirməyənlər cərimələnəcək

01 Mart 2021, 15:23 (GMT +4)
Ərdoğanla Putin arasında telekonfrans keçiriləcək

01 Mart 2021, 15:15 (GMT +4)
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib - VİDEO

01 Mart 2021, 15:03 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

01 Mart 2021, 14:51 (GMT +4)
Azərbaycan səfiri: İranın humanitar və hərbi köməyi ilə Qarabağda 300 mindən artıq qaçqın mühasirədən çıxa bildi

01 Mart 2021, 14:47 (GMT +4)
Bakıda 3 evdən 60 min manatlıq oğurluq edilib

01 Mart 2021, 14:35 (GMT +4)
Dövlət Gömrük Komitəsi SalamNews xəbər agentliyini ad günü münasibətilə təbrik edib

01 Mart 2021, 14:27 (GMT +4)
Çin klubu fəaliyyətini dayandırıb

01 Mart 2021, 14:24 (GMT +4)
Meşələrin İnkişafı Xidməti: Ölkə üzrə 400 mindən çox ağac əkiləcək

01 Mart 2021, 14:12 (GMT +4)
Paşinyan müxalifləri hökumət binasına basqın edib

01 Mart 2021, 14:05 (GMT +4)
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

01 Mart 2021, 13:51 (GMT +4)
Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib

01 Mart 2021, 13:48 (GMT +4)
Ermənistan prezidenti İrəvandakı  mitinqlərdən əvvəl insanları birliyə və həmrəyliyə çağırır

01 Mart 2021, 13:44 (GMT +4)
İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66