Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara müraciət edib

23 Yanvar 2021, 11:00 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində - adyunktura) yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

Dövlət İmtahan Mərkəzindən SalamNews-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilmişdir və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir.

Qaydaya əsasən, fəlsəfə doktoru imtahanları aşağıdakı fənlər üzrə verilir:

- iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən);

- xarici dil (ingilis, alman və ya fransız dillərindən biri);

- Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün).

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı Komissiya ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından müəyyən edilən keçid balını toplamış iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Komissiya tərəfindən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama və yazı bacarıqları, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişləri, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsi yoxlanılıb qiymətləndirilir. Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının da həmin fəndən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, xarici dillər üzrə qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat 30.09.2020-ci il tarixində (http://dim.gov.az/news/5827/), doktoranturaya və dissertanturaya hazırlaşanlar üçün qəbul imtahanı proqramları isə 10.09.2020-ci il tarixində Azərbaycan (http://dim.gov.az/upload/iblock/9e0/9e0bb86e56c4f37d8f1baa7508a00b51.pdf) və rus dillərində

(http://dim.gov.az/upload/iblock/a46/a464c7e263bf5ea936ce1503b9989d5e.pdf) DİM-in internet saytında yerləşdirilmişdir.

Xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən, həmçinin dillərə aid lüğət profilindən, akademik sözlərin siyahısından və qrammatik profildən istifadə edə bilərlər.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq cari ildə qəbul proqramlarında və imtahanın strukturunda dəyişiklik edilməmişdir. Növbəti qəbul və fəlsəfə doktoru imtahanları zamanı danışma blokunun əlavə olunması ilə proqramlarda və imtahanın strukturunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu il də imtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarının təqdim edilməsi nəzərdə tutulur. Xarici dil üzrə fəlsəfə doktoru, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanı da yazı bloku istisna olmaqla qəbul imtahanı ilə eyni məzmun və strukturda keçiriləcəkdir.

Xarici dillər üzrə yoxlanılıb-qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları ümumiləşdirilmiş şəkildə bir daha diqqətinizə çatdırırıq. Doktoranturaya xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının məqsədi CEFR-in B2 səviyyəsinə uyğun olaraq, aşağıdakı bacarıqları qiymətləndirməkdir.

Oxu bacarıqları üzrə:

Müxtəlif tipli mətnləri oxuyaraq anlamaq bacarığı;

Müxtəlif məzmunlu və tipli mətnlərin əsas ideyasının tapılması;

Mətndə əsas fikirlərin müəyyən edilməsi;

Mətndə xüsusi məlumatların tapılması;

Mətnə əsasən nəticənin müəyyən edilməsi;

Mətni məntiqi baxımdan tamamlamaq;

Mətnin hissələri arasında əlaqənin müəyyən edilməsi;

Müəllifin məqsədinin müəyyən edilməsi;

Oxu mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;

Oxunulan mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının mənimsənilməsinin yoxlanılması.

Dinləmə bacarıqları üzrə:

Müxtəlif tipli mətnləri dinləyərək anlamaq bacarığı;

Dialoji və monoloji nitq formalarını dinləyib-anlama bacarığı;

Dinləmə mətninin əsas ideyasının tapılması;

Dinləmə mətnində əsas fikirlərin müəyyən edilməsi;

Dinləmə mətnində xüsusi məlumatların tapılması;

Dinləmə mətninə əsasən nəticənin müəyyən edilməsi;

Mətni məntiqi baxımdan tamamlamaq;

Dinləmə mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;

Danışan(lar)ın niyyətinin, məqsədinin müəyyənləşdirilməsi;

Dinlənilən mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının yoxlanılması.

Qrammatika və lüğət ehtiyatı üzrə:

CEFR-in B2 səviyyəsinə uyğun olaraq qrammatik minimuma və lüğət ehtiyatına yiyələnmə səviyyəsinin, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin yoxlanılıb qiymətləndirilməsi.

Yazı üzrə:

Məlum olduğu kimi, doktoranturaya qəbul imtahanında namizədlərin CEFR-in B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı yoxlanılır.

Xarici dil üzrə fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanında isə iddiaçılara cədvəl, qrafik, diaqram, sxem və ya xəritə kimi vizual məlumat təqdim ediləcək və onlardan məlumatları öz sözləri ilə təsvir etmək, ümumiləşdirmək və ya izah etmək istənəcək. Onlardan məlumatları müqayisə etmək, prosesin mərhələlərini, qanunauyğunluqlarını, obyekti və ya hadisəni təsvir etmək istənilə bilər. İddiaçılar vizual məlumatı və ya hər hansı trendi – iqtisadi göstəriciləri, statistik rəqəmləri və s. izah etməli, müqayisə aparmalı, vizual məlumatı öz sözləri ilə yazılı şəkildə təsvir etməlidirlər.

İmtahanda iddiaçıların xarici dilə, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dilinə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün aşağıdakı blokların təqdim edilməsi nəzərdə tutulur:

1. Oxuyub-anlama bloku

Mətnlərin sayı: 2 ədəd (mətnlərin biri üzrə 10, digəri üzrə 5 qapalı formalı tapşırıq təqdim edilməklə);

Mətnlərin həcmi: 250-500 söz;

Mətnlərin məzmunu və janrı:

a) akademik məzmunlu elmi-kütləvi;

b) ictimai-informativ, publisistik və digər janrlarda.

2. Dinləyib-anlama bloku

Mətnlərin sayı: 2 ədəd (hər biri üzrə 5 qapalı formalı tapşırıq təqdim edilməklə);

Mətnlərin həcmi: 200-350 söz;

Mətnlərin tipi:

a) 1 monoloq;

b) 1 dialoq.

3. Yazı bloku

Məlum olduğu kimi, bir tapşırıqdan ibarət olan bu blokda doktoranturaya qəbul olunmaq istəyən namizədlərdən verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və nəticədən (yekundan) təşkil olunan və həcmi 200-250 sözdən ibarət essenin yazılması tələb olunur. Yazı işində namizədlərin özləri haqqında hər hansı məlumat yazması və ya özlərini tanıtmaq üçün hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş namizədlərin yazı işləri „sıfır“ balla qiymətləndirilir. Seçilmiş xarici dildə yazılmayan, seçilmiş mövzudan fərqli mövzuda, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış esselər də “sıfır” balla qiymətləndirilir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verən iddiaçılar, həmçinin Azərbaycan dili imtahanı verən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə onlara təqdim olunan vizual məlumatı 200-250 sözdən ibarət yazıda təsvir və izah etməli, bu zaman akademik lüğət ehtiyatından istifadə etməli, vizual məlumatdan kənara çıxmamalı, konkret olmalı, yazını giriş abzasından, əsas hissədən və yekundan təşkil etməli, yazını tələb olunan həcmdə işləməli, yazı işində özləri haqqında hər hansı məlumat yazmamalı və ya özlərini tanıtmaq üçün hansısa işarə vurmamalıdırlar. Belə hala yol vermis iddiaçıların, habelə tələb olunan dildə yazılmayan, verilmiş vizual məlumatdan kənara çıxan, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış yazı işləri “sıfır” balla qiymətləndirilir.

4. Dildən istifadə bloku

Magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində 15 ədəd qapalı və açıq formalı leksik-qrammatik tapşırıq.

Qeyd: Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün də eyni struktur və tələblər nəzərdə tutulur (imtahan proqramı və tələblər DİM-in internet saytında aşağıdakı linkdə yerləşdirilmişdir:

Həm xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı və vizual məlumatın təsviri 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər və iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir. İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir. Bu halda iddiaçının təkrar imtahan verməsinə altı aydan tez olmamaq şərtilə icazə verilir.

Yaxın günlərdə DİM-in internet saytında iddiaçılara və namizədlərə kömək məqsədilə xarici dillər, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının yazı blokuna aid nümunəvi tapşırıqlar təqdim ediləcəkdir.

Xarici dillər üzrə fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyatın internet vasitəsilə 2021-ci il yanvarın 26‑dan fevralın 7‑dək aparılması nəzərdə tutulur. Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının 2021-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azercell" yeni internet paketini təqdim edib

Prezident: "Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır"

Bakıda şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib

Hikmət Hacıyev: Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük

İran nüvə sazişilə bağlı növbəti addımını açıqlayıb: Sentrifuqaların sayı iki qat artırılacaq

YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Energetika naziri müsabiqədə keçirlən vebinarda təqdimatla çıxış edib

Rusiya Etnoqrafiya Muzeyi Azərbaycan xalçaçılıq və dekorativ-tətbiqi sənətinin şedevrlərini təqdim edir (FOTO)

BMT Azərbaycanda münaqişədən zərər çəkən insanlara humanitar yardım göndərib

DİM dövlət qurumlarında işləmək istəyən 1999 nəfər üçün imtahan keçirəcək

XİN: Ermənistan səylərini bəyanatın icrası ilə bağlı konkret addımlara yönəltsə, daha faydalı olar

ATU kafedralarında müasir avadanlıqlar təqdim olunub (FOTO)

IMF bu ay Azərbaycanda keçirdiyi virtual missiyanın yekunlarını təqdim edib

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən "Bir topa adam" filmi təqdim edilib

Naxçıvanın qədim mədəni və iqtisadi əlaqələri barədə məqalə beynəlxalq elmi jurnalda dərc edilib (FOTO)

DİM “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni nəşrini çap etmişdir

Milli Paralimpiya Komitəsində “Valideyn Klubu”-üçün təqdimat keçirilib (FOTO)

DİM xarici dillərdən qəbul imtahanı verəcək namizədlərə müraciət edib

İndiyədək 300-ə yaxın şəxsə psixoloji yardım göstərilib

Türkiyə Milli Kosmik Proqramını təqdim edəcək

28 Fevral 2021, 18:49 (GMT +4)
Güləşçilərimiz Kiyevdə daha 3 medal qazanıb

28 Fevral 2021, 18:38 (GMT +4)
"Yuventus" səfərdə xal itirib - (VİDEO)

28 Fevral 2021, 13:12 (GMT +4)
"Qalatasaray" "Ərzurumspor"u 2 qolla məğlub edib - (VİDEO)

28 Fevral 2021, 11:31 (GMT +4)
"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)

27 Fevral 2021, 17:00 (GMT +4)
Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

27 Fevral 2021, 16:57 (GMT +4)
İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

27 Fevral 2021, 16:50 (GMT +4)
Bakıda mağazadan 5600 manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:45 (GMT +4)
Futzal millimizin kapitanı: Sürpriz hər zaman mümkündür - (MÜSAHİBƏ)

27 Fevral 2021, 16:40 (GMT +4)
Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

27 Fevral 2021, 16:30 (GMT +4)
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:16 (GMT +4)
İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib

27 Fevral 2021, 16:15 (GMT +4)
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27 Fevral 2021, 16:05 (GMT +4)
Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

27 Fevral 2021, 16:04 (GMT +4)
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

27 Fevral 2021, 16:00 (GMT +4)
Kişi voleybolçular arasında Avropa çempionatı 4 ölkədə təşkil olunacaq

27 Fevral 2021, 15:50 (GMT +4)
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib

27 Fevral 2021, 15:39 (GMT +4)
Mənbə: Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirir

27 Fevral 2021, 15:32 (GMT +4)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir (FOTO)

27 Fevral 2021, 15:29 (GMT +4)
İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı

27 Fevral 2021, 15:19 (GMT +4)
Tbilisidə müxalifətçilər parlamentin qarşısında çadırlar qurub

27 Fevral 2021, 15:17 (GMT +4)
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

27 Fevral 2021, 15:08 (GMT +4)
“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

27 Fevral 2021, 14:55 (GMT +4)
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb 

27 Fevral 2021, 14:43 (GMT +4)
Bakıda iki avtobusun hərəkət sxemi dəyişdiriləcək

27 Fevral 2021, 14:30 (GMT +4)
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb

27 Fevral 2021, 14:20 (GMT +4)
Ər-Riyad ABŞ kəşfiyyatının Kaşıkçının qətlinə dair hesabatını rədd edib

27 Fevral 2021, 14:08 (GMT +4)
Sahil Babayev: Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

27 Fevral 2021, 13:54 (GMT +4)
Hindistanda valideynlər övladlarının müalicəsi üçün digər uşaqlarını satıblar 

27 Fevral 2021, 13:53 (GMT +4)
Suriyada minanın partlaması nəticəsində 5 xidmətçi qadın həlak olub

27 Fevral 2021, 13:47 (GMT +4)
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66