Bağdad partlayışını törədən kamkadzenin terror aktından az öncəki görüntüləri yayımlanıb (VİDEO)23 Yanvar 2021, 10:48 (GMT +4) Bakı, 23 yanvar, SalamNews, B,Samid. Bağdaddakı partlayışları törədən iki kamikadzedən birinin hərəkət istiqamətlərini əks etdirən görüntülər yayımlanıb.
SalamNews xəbər verir ki, cari ayın 21-də Bağdadın mərkəzində yerləşən bazarların birində törədilən dəhşətli partlayışlarla bağlı yeni görüntülər yayımlanıb.
İraq təhlükəsizlik qüvvələrinin bildirdiyi kimi, birinci kamikadze partlayış törətməklə əraziyə daha çox insanın bir araya gəlməsinə səbəb olub. Məhz bu anda ikinci kamikadze tələfatın çox olması üçün toplanan insanların arasına sızıb və özünü məhz onların arasında partladıb.
İkinci kamikadzenin partlayışdan az öncəki xəbis addımları kameralara düşüb.
|