Türkiyə COVID-19-un yeni növünün yayılmasına görə Braziliya ilə uçuşları dayandırıb23 Yanvar 2021, 10:56 (GMT +4) Bakı, 23 yanvar, SalamNews. Türkiyə, koronavirusun mutasiya edilmiş növünə yoluxma hallarının artması fonunda cümə günündən Braziliyadan uçuşları dayandırıb.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca Twitter-də açıqlayıb.
Nazir, daha əvvəl koronavirusun yeni növü səbəbiylə İngiltərə, Danimarka və Cənubi Afrikadan uçuşların dayandırıldığını xatırladıb.
|